01a9f1ea-6de8-4d4f-adb0-268c4ee94e4d..jpg

Dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 376 dəfə baxılıb.

Dibçəklərdə çətənə bitkisi yetişdirən şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı
əsasında həyata keçirdikləri tədbirlərlə narkotik tərkibli bitkilərin
kultivasiyası ilə məşğul olan rayon sakini Əflatun Mirzəyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən
məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən dibçəklərdə
əkib-becərdiyi 57 ədəd çətənə bitkisinin şitilləri aşkar edilib. Saxlanılan
şəxs ifadəsində narkotik tərkibli bitkiləri bir ay əvvəl əkdiyini və
aqrotexniki qaydada qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Source link