ABŞ-də insan alveri, cinsi təcavüz və seks toplantılarının təşkili ittihamları
ilə həbs edilən məşhur reper P.Diddiyə (əsl adı Şon Kombs) qarşı iddiaçılardan
biri artistin evində tapılan 1 000 şüşə uşaq yağının təyinatını açıqlayıb.
Cixisyolu.com-ın verdiyi xəbərə görə, bu barədə “PageSix” məlumat verib.
Mənbənin məlumatına görə, Kombs öz qalmaqallı gecələrində qonaqları qadağan
olunmuş preparatlar qəbul etməyə məcbur edib, potensial qurbanlarının üzərinə
ekstazi və LSD-yə oxşar təsirli narkotik əlavə etdiyi həmin uşaq yağını tökürdü.
Həmçinin iş materiallarında deyilir ki, prodüser qurbanlar üzərində tam
nəzarət üçün kriminal dairələrdə “zorlama narkotiki” kimi tanınan, güclü
yuxugətirici təsir göstərən maddədən istifadə edib.