Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl çəkdirdiyi foto gündəm oldu:
Masadakıların hamısı… – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çirkli pulların yuyulması ilə bağlı həbs edilən türkiyəli iş adamları
Dilan-Engin Polat cütlüyünə dair ortaya çıxan yeni məlumatlar və fotolar
müzakirə mövzusuna çevrilib.
Bu dəfə Dilan-Engin Polat cütlüyünün 4 il əvvəl, 2019-cu ilin noyabr ayında
digər fenomenlərlə bir masa arxasında çəkdirdiyi foto gündəm olub.
Hazırda həmin masadakıların hamısının zəngin olduğu bildirilir.
Yemək süfrəsi arxasında Dilan-Engin Polatdan başqa Merve Nur Akyüz, İleyda
Topal, Tolunay Topal, Kenan Öztürk, Eylül Öztürk, Nez Demir, Yasemin Yiğit və
əri Murat Yiğit də var.
Bütün bu adları sadalanan insanların ümumi xüsusiyyətləri isə ondan ibarətdir
ki, onların bir çoxu Dubaya və Gürcüstana gedib-gəldikdən sonra gözəllik
mərkəzi biznesində çalışmağa başlayıblar və varlanıblar.
2017 və 2019-cu illərdə sosial media hesablarında orta səviyyədə həyat
sürdükləri əks olunan fenomenlər yaxın zamanda dəbdəbəli həyata sahib olublar.
Həmçinin masada əyləşənlərdən İleyda Topal və Tolunay Topalın Dilan Polatın
gözəllik mərkəzlərindən birinin şöbəsini idarə etdikləri məlum olub. Topal
cütlüyünün sosial media hesablarında 2018-ci ilə qədər ortasəviyyəli həyat
yaşadıqları görünsə də, son zamanlar lüks həyat paylaşımları ilə diqqət
çəkiblər.
Masadakı Merve Nur Akyüz və Yavuz Selim Korkut cütlüyü isə Karabük, Sakarya və
İstanbulda Dilan Polata məxsus şöbələri idarə edirlər. Bu insanların da
digərləri kimi, 2017-ci ildən sonra birdən-birə varlandığı deyilir.
Masadakı digər cütlük Yasemin Yiğit və əri Murat Yiğitin də Dilan Polatın
Bakırköy və Kocaeli Gebze filiallarını satın aldıqları qeyd edilir. Onlar da
2018-ci ildə normal həyat yaşadıqları halda birdən-birə zəngin olublar.
Mənbə: Haber Global