“Dilan Polat” gözəllik mərkəzinin Azərbaycan şöbəsi bağlanacaq? – RƏSMİ CAVAB
+ FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Çirkli pulların yuyulması” və “vergidən yayınma” ittihamları ilə həbs olunan
türkiyəli məşhur sosial media fenomenləri Dilan və Engin Polatın rəhbərlik
etdiyi gözəllik mərkəzlərinin Türkiyədəki bəzi filialları bağlanıb.
Cixisyolu.com xəbər verir ki, cütlüyün həbsindən sonra “Dilan Polat” gözəllik
mərkəzinin Azərbaycanda fəaliyyət göstərən filialının da bağlanacağı haqqında
şayiələr yayılmışdı.
Türkiyədə cütlüyə qarşı cinayət işinin açılmasından sonra şirkətlər zəncirinin
Sivas və Kipr şöbələrinin ləğv edildiyi, Ərzurum şöbəsinin isə işçilərinin
əksəriyyətinin ərizə yazaraq, işdən çıxdığı haqqında məlumatlar yayılmışdı.
Cixisyolu.com-ın araşdırmasına əsasən, “Dilan Polat” gözəllik mərkəzinin Azərbaycan
şöbəsi isə fəaliyyətini davam etdirir. Bakıda yerləşən mərkəzin sosial şəbəkə
hesabları aktiv istifadə edilir, görüş təyin olunur, aparılan prosedurlar
paylaşılır.
“Dilan Polat” Azərbaycanda araşdırılma aparılıb-aparılmadığına gəlincə,
bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi XidmətindənCixisyolu.com-ın
sorğusuna cavab olaraq qeyd edilib ki, Bakıda fəaliyyət göstərən “Dilan Polat
estetik & güzellik” mərkəzi haqqında xüsusi bir araşdırma aparılması barədə
onlarda məlumat yoxdur.
Xidmətin bildirdiyinə görə, ümumiyyətlə, bir qayda olaraq sahibkarlıq
subyektinin fəaliyyətində, vergi ödənişlərində hər hansı hüquqpozma halları və
ya risk yaradan amillər olarsa, bu halda araşdırma predmeti ola bilər.
Aysel Aslan