855b8cc8-8158-41d4-af7d-5044450ed073..jpg

Dilan Polat türkiyəli jurnalistə həbsdə yaşadıqları ilə bağlı məktub yazdı: “Kəskin ziddiyyət var” – FOTO

Baxış sayı: 690 dəfə baxılıb.

Dilan Polat türkiyəli jurnalistə həbsdə yaşadıqları ilə bağlı məktub yazdı:
“Kəskin ziddiyyət var” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Çirkli pulların yuyulmasına görə həbs edilən Dilan və Engin Polat cütlüyü ilə
bağlı məhkəmə prosesini ilk gündən çox yaxından izləyən türkiyəli jurnalist
İsmail Saymaz Dilan Polatdan məktub alıb.

Jurnalist həbsxanada intihar etmək istədiyi ilə bağlı xəbərlərdən sonra vəkili
Hüseyn Kaya vasitəsilə Dilan Polata istintaqla bağlı 10 sual göndərib. Dilan
Polat sualları cavablayıb və məktub şəklində İsmail Saymaza göndərib.

“Hörmətli İsmail bəy, vaxtım az olduğu üçün vəkilim Hüseynlə göndərdiyiniz
suallara tam olaraq cavab verə bilmirəm.

Kədərimin ən böyük mənbəyi övladlarımı görə bilməməyimdir. Haqqımdakı haqsız
ittihamlara qarşı aciz qalmağım da məni üzür. Amma Allah mənə dözmək üçün güc
verir. Çöldəki həyatımla buradakı həyatım arasında kəskin ziddiyyət var.
Xüsusilə son günlərdə bunun həyatın bir oyunu olduğuna inanıram”, – deyə Polat
məktubunda bildirib.

“Kaş ki” dediyim məqamlarla bağlı daha obyektiv və səmimi məktub yazacağam.
Övladınız nurunuz olsun. Uğurlarının davamlı olmasını arzu edirəm”, – deyə
fenomen əlavə edib.

Mənbə: Onedio.com

Source link