Dilan Polatdan sonra diqqət mərkəzinə düşən növbəti məşhur: “Instagram”dan
bəzi paylaşımlarını sildi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyəli iş adamları Dilan Polat və Engin Polat cütlüyünün çirkli pulların
yuyulması ittihamı ilə həbsindən sonra bütün diqqətlər “Instagram” hesablarında
eyni şəkildə lüks həyatlarını paylaşan fenomenlərə çevrilib.
2020-ci ildə sosial media hesabında paylaşdığı yemək videoları ilə tanındıqdan
sonra fenomenə çevrilən və həyatı dəyişən Rabia Toprak da maraq dairəsində olan
şəxslər sırasındadır.
Belə ki, dəbdəbəli həyat yaşamağa başlayan Rabia Toprakın 2021-ci ildə Dubaya
gedib-gəldiyi, tekstil emalatxanası qurduğu, çox sayda evi, iş yeri və
maşınlarının olduğu iddia edilib.
Həmçinin onun Dilan-Engin Polat cütlüyünə qarşı keçirilən əməliyyatdan sonra
“Instagram” hesabından bəzi paylaşımlarını sildiyi də bildirilib.
Lakin Toprak ona qarşı irəli sürülən ittihamları rədd edib və bununla bağlı
qanuni yolla tədbirlər görəcəyini deyib.
Rabia Toprak məsələ barədə açıqlama verib və məhkəməyə müraciət edəcəyini
nəzərə çatdırıb.
“Hörmətli izləyicilərim, sosial media hesablarım vasitəsilə etdiyim
paylaşımlarda şəxsi məlumatlarım olduğu üçün mənim icazəm olmadan üçüncü
şəxslər tərəfindən paylaşılması Türkiyə Cinayət Məcəlləsinin 136-cı maddəsi –
şəxsi məlumatların başqasına verilməsi, yayılması və ya ələ keçirilməsi üzrə
cinayət əməli təşkil edir. Sözügedən cinayətləri törədən şəxslərə qarşı vəkilim
vasitəsilə cinayət işi açılacaq”, – deyə o qeyd edib.
Mənbə: Haber Global