Dilan Polatın köməkçisi saxlanıldı – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Çirkli pulların yuyulması və digər ittihamlar üzrə həbs edilən türkiyəli iş
adamı, fenomen Dilan Polatın köməkçisi Şüle kimi tanınan Şaklo N. deportasiya
edilir.
Fenomenin Şüle adlı özbəkistanlı əməkdaşının həbsdə olan Dilan Polatın evinə
öz ölkəsindən iki qohumunu yerləşdirdiyi iddia olunub. Polis bununla bağlı
hərəkətə keçib və Dilanın evində yoxlama zamanı Şaklo K. və Nərgiz K. adlı iki
nəfəri saxlayıb.
Araşdırmalar zamanı Şaklo K.-nın yaşayış icazəsinin bitdiyi, Nərgiz K.-nın isə
9 ay əvvəl turist vizası ilə daxil olduğu və ölkədə qaçaq yolla qaldığı müəyyən
edilib.
Nəzarət altına alınan şəxslərin lazımi prosedurlardan sonra deportasiya
olunmaq üçün Selimpaşa Geri Göndərmə Mərkəzinə təslim ediləcəyi məlum olub.
Mənbə: Takvim.com