Tanınmış müğənni Dilarə Kazımova yeni mahnısını təqdim edib.
ÇıxışYolu.Com xəbər verir ki, durmadan yaradıcılığında yeniliklərə imza atan müğənninin yeni işi “Danış” adlanır.
O, mahnını sosial şəbəkədə paylaşdıqdan sonra mahnın “cover” fotosu müzakirələrə səbəb olub. Buna səbəb isə Dilarənin fotoda yarıçılpaq olmasıdır. Belə ki, çəkiliş zamanı büstqalter geyinməyən ifaçı diqqətləri özünə yönəldib.
İzləyicilərin mahnı haqqında təəssüratları isə ürəkaçan olub. Onlar müsbət rəylər yazaraq ifaçının keyfiyyətli işlər gördüyünü bildirib.
Qeyd edək ki, mahnının sözləri “Bumerang label” şirkətinin rəhbəri Nigar Məmmədovaya, mahnısı Camal Qurbanova məxsusdur.