Kriminal aləmdə Aleko Şoşiya kimi tanınan gürcü avtoritet Teymuraz Çuradze İstanbulda döyülüb və titulu alınıb.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Praym Kraym” saytı məlumat verib.
Agentliyin məlumatına görə, 36 yaşlı Şoşiyanı döyənlər isə digər gürcü “qanuni oğru”lar Kutaisi oğru klanının iki qolundan birinə məxsus olan Georgi Nijaradze (Giya) və Qoça Alpaidze (Alfason) olub.
Digər klana məxsus Şoşiya Alfason və Giya ilə görüşdə yersiz sözlər danışıb.
“Alfason Çuradzeyə hücum edib, onu döyüb. Sonra Giya da Alfasona qoşulub. Şoşiya döyülməklə yanaşı, təhqir edilib”, – məlumatda bildirilib.
Nəticədə Şuşiya “qanuni oğru” titulundan məhrum edilib.