Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

Dilqəm və Şahbazın işinə Avropa Məhkəməsində baxılacaq

Baxış sayı: 2. 437 dəfə baxılıb.

Avropa İnsan Haqları Məhkəməsi Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə baxılmasını tezləşdirəcək.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə mayın 23-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvləri, yerli və beynəlxalq təşkilatların, həmçinin KİV nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə deyib.

Onun sözlərinə görə, erməni girovluğundakı azərbaycanlılar – Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı lazımi tədbirlər görülməkdədir. Əldə olunan materiallar, sənədlər Avropa İnsan Haqları Məhkəməsinə göndərilir. 

Qeyd edək ki, Anar Bağırov Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarını müdafiə edir. 

www.ÇıxışYolu.Com