DİM imtahana giriş qiymətlərini artıracaq? – AÇIQLAMA + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Tələbə və dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödənişi Tarif Şurası
tərəfindən təsdiqlənir. Dövlət İmtahan Mərkəzi (DİM) buna uyğun olaraq öz
fəaliyyətini qurur. DİM publik hüquqi şəxsdir. İmtahanların növləri dəyişəndə,
hansısa yeniliklər olanda imtahanlara xərclənən vəsait hesablanır. Bir imtahan
verənə nə qədər pul xərclənirsə, müəyyənləşdirilib müvafiq rəsmi quruma məlumat
verilir”.
Bunu AZƏRTAC-a açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının
sədri Məleykə Abbaszadə deyib.
“Yaxın zamanda Dövlət İmtahan Mərkəzi tərəfindən Tarif Şurasına tələbə və
dövlət qulluğuna qəbulla bağlı xidmətlərin ödəniş qiymətlərinin artımı ilə
bağlı müraciət edilməyib”.