01577d3d-c6a3-43c8-a37c-b5275812e635..jpg

DİM sədri: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”

Baxış sayı: 641 dəfə baxılıb.

DİM sədri: “İki yeni universitetin açılması qəbul ballarına təsir edəcək”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda yeni tədris ilində iki yeni universitetin açılması qəbul
ballarına təsir edəcək”.

“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının
sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

DİM sədri bildirib ki, keçid balları ali məktəbə, ixtisasa və verilən plan
yerlərinə uyğun müəyyənləşir:

“Bu il şagird sayının artması və açılan iki yeni universitetə qəbul keçid
ballarına təsir edəcək. Bəzi ixtisaslarda orta bal 1-2 bal arta bilər”.

Qeyd edək ki, yeni tədris ilində iki yeni ali təhsil müəssisəsi – Qarabağ
Universiteti və Türkiyə-Azərbaycan Universiteti fəaliyyətə başlayacaq.

Source link