May ayının 17-dən qəbul imtahanlarının ikinci mərhələsinə qeydiyyat başlayacaq.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O xatırladıb ki, birinci imtahanda iştirak edən şəxslərdən kim istəyirsə, ikinci mərhədə iştirak edə bilər:
“Birinci mərhələdə iştirak etməyən, ümumiyyətlə, sənəd verməyən insanlar da yay imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçə bilər”.
Sədr qeyd edib ki, bu proses bir ay davam edəcək:
“İyunun 14-də qəbul imtahanlarının ikinci mərhələsinə sənəd qəbulu başa çatacaq”.