DİM sədri: Yüksək vəzifələrə sənəd verən yoxdur

DİM sədri: Yüksək vəzifələrə sənəd verən yoxdur

Baxış sayı: 2. 095 dəfə baxılıb.

DİM sədri: Yüksək vəzifələrə sənəd verən yoxdur

Dövlət qulluğunda yüksək vəzifələrə ümumiyyətlə sənəd verən yoxdur. 

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Dövlət İmtahan Mərkəzinin fəaliyyəti: imtahanlara dövlət nəzarəti və ictimai nəzarətin vəhdəti” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2018-ci ildə dövlət qulluğunda 17 min ştat vahidi var:

“Biz gözləyirik ki, imtahanlarda çoxlu iştirakçı olacaq. İmtahanın birinci mərhələsində  iştirak edənlərin sayı 110 mindir. Sertifikat alanların sayı təxminən dörd minə yaxındır. Müsabiqədə iştirak edənlərin sayı sertifikat alanların sayından çoxdur. Çünki sertifikat alan bir şəxs müxtəlif müsabiqələrdə iştirak edə bilər.

Müsahibə üçün qeydiyyatdan keçənlərin sayı isə həddindən artıq çoxdur. Bir adam 25 yerə müsahibəyə yazılır, üç yerə gəlir. Bu düzgün deyil. Buna bizim resurslarımız gedir, məsuliyyətsiz yanaşma var. Uğurla müsahibədən keçənlərin sayı isə sertifikat alanların təxminən üçdə bir hissəsini əhatə edir.

Bu il dövlət qulluğuna qəbul olunanların sayı təxminən 600 nəfərdir. Sertifikat alaraq müsabiqədən keçən 1200-dən çoxu dövlət reyestrinə dövlət qulluqçusu kimi dövlət orqanları tərəfindən daxil olunub. Bu proses istənilən səviyyədə çevik olmur, elə də səmərə vermir”.

Məleykə Abbaszadə qeyd edib ki, imtahanlarda yüksək vəzifələrə ümumiyyətlə sənəd verən yoxdur:

“Qoyulan tələblər var ki, rəhbər vəzifədə olanlar gəlmir. Belə ki, ümumi stajı 11 ildir, rəhbər vəzifədə isə yeddi il işləyir, amma dövlət qulluğu imtahanlarda iştirak etmir. Müəyyən staj tələb olunmayan yerlərə stajı olmayan şəxslər gələ bilər. Sektor müdirindən aşağı vəzifələrə staj tələb olunmur. Ali məktəb məzunları hər il bu imtahanlarda iştirak edib iş qazana bilər. Gənclər üçün dövlət qulluğunda karyeranı başlamaq vacib istiqamətdir”.

İlhamə Əbülfət
www.ÇıxışYolu.Com