1a6c7231-0d03-4c16-9f2b-425c37638d9e..jpg

DİN əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər – YENİLƏNİR + FOTO/VİDEO

Baxış sayı: 534 dəfə baxılıb.

DİN əməkdaşları ulu öndər Heydər Əliyevin xatirəsini yad ediblər – YENİLƏNİR +
FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları anım günü ilə bağlı Fəxri xiyabanı
ziyarət ediblər

Müasir dövlətçiliyimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin
anım günü ilə əlaqədar daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov,
Nazirliyin rəhbər heyəti və Daxili Qoşunların bir qrup hərbi qulluqçusu Fəxri
Xiyabanı ziyarət edib.

Ulu öndərin məzarı önünə gül dəstələri qoyulub, əziz xatirəsi böyük ehtiramla
yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi
yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

11:33

Azərbaycanda səfərdə olan Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvilinin
başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli
lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər
Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər
çiçəklər düzüb.

Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr
şöbəsindən məlumat verilib.

Görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi
ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı
və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının
xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Ziyarət zamanı,
həmçinin “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən
qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan
abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin Gürcüstanla parlamentlərarası
əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev, Azərbaycanın Gürcüstandakı
səfiri Faiq Quliyev və digər rəsmi şəxslər müşayiət ediblər.

11:03

Dekabrın 12-də müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın
ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar Müdafiə Nazirliyinin
rəhbərliyi Fəxri xiyabanı ziyarət edib.

Ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyularaq xatirəsi dərin
hörmət və ehtiramla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı
üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

10:27

Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, müasir dövlətçiliyimizin
xilaskarı, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü
ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli
Nağıyev və Xidmətin şəxsi heyəti Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət
edib, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildirərək məzarı
önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad
olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

10:21

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Ailə, Qadın və Uşaq Problemləri
üzrə Komitənin rəhbəri Bahar Muradova və Milli Məclisin deputatları Fəxri
xiyabanı ziyarət ediblər.

Cixisyolu.com xəbər verir ki, rəsmilər ulu öndər Heydər Əliyevin məzarını ziyarət
edib, gül dəstələri qoyublar.

09:46

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ziyarət başlayıb.

Cixisyolu.com bildirir ki, Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə
Qafarova, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin
köməkçisi Hikmət Hacıyev, digər dövlət və hökumət rəsmiləri, daxili işlər
naziri Vilayət Eyvazov, hərbi qulluqçular, hüquq-mühafizə orqanlarının
əməkdaşları, diplomatik korpusun nümayəndələri Fəxri xiyabanda ümummilli lider
Heydər Əliyevin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyub,
müasir müstəqil Azərbaycanın banisi və qurucusu ulu öndərin xatirəsinə dərin
ehtiramlarını bildiriblər.

Ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım
Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri qoyulub.


Source link