4b56508f-1a89-43ed-bf80-916e6c188c28..jpg

DİN: “Abşeronda qadına bıçaqla zorakılıq edən şəxs saxlanılıb” – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 588 dəfə baxılıb.

DİN: “Abşeronda qadına bıçaqla zorakılıq edən şəxs saxlanılıb” – YENİLƏNİB +
FOTO/VİDEO

Sosial şəbəkələrdə Xırdalan şəhərində qadının bir şəxs tərəfindən
hədələnməsini əks etdirən görüntülər yayılıb.

DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Cixisyolu.com-a bildirib ki,
görüntülərdən məlumatlıyıq. Həmin şəxs ərazidə xidmət aparan Abşeron Rayon
Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq müvafiq polis orqanına
təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

16:32

Abşeronda kişi küçədə qadına qarşı zorakılıq edib.

Cixisyolu.com xəbər verir ki, hadisə rayonun Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, özünü qadının əri kimi qələmə verən şəxs bıçaqla onu hədələyərək
ayaqyalın evdən çıxarıb.

Hadisəyə şahidlik edənlər həmin şəxsin narkotik vasitənin təsirində olduğunu
iddia edirlər.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin (DİN)
Qaynar Xəttinə müraciət olunub.

Dərhal sonra hadisə yerinə polis əməkdaşları cəlb olunaraq sözügedən şəxs
barəsində müvafiq tədbirləri görüblər.

Faktla bağlı araşdırma aparılır.


Source link