DİN: Axtarışda olduğuna görə 84 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil
verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Dekabrın 9-10-da ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı
qalan 8 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən
təmin olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda
olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 50
nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı 33 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.