DİN: “Ayrı-ayrı rayonlarda vətəndaşlardan avtomat və tüfənglər götürülüb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi
ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında altı ədəd
avtomat, bir tapança, 13 qumbara, yeddi qumbara alışdırıcısı, 17 patron darağı,
877 ədəd müxtəlif çaplı patron, 10 ədəd müxtəlif markalı ov tüfəngi və dörd
ədəd süngü-bıçaq təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 15 ov tüfəngi və 49 ədəd patron aşkar
edilərək götürülüb.