ef9bc310-31b4-41db-aedb-dcd588306cb2..jpg

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı hərəkətə keçdi – FOTO/VİDEO

Baxış sayı: 472 dəfə baxılıb.

DİN azərbaycanlı kikboksçu qadının sevgilisi tərəfindən döyülməsi ilə bağlı
hərəkətə keçdi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyi azərbaycanlı kikboksçu Tulin Ələkbərovanın döyülməsi
barədə yayılan xəbərlərə münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Cixisyolu.com-a açıqlamasında
bildirib ki, T.Ələkbərovanın döyülməsi barədə araşdırma aparılır:

“Sosial şəbəkələrdə yayılan həmin görüntülərlə bağlı araşdırma aparılır.
Müraciət ərazi polis bölməsində icraata qəbul edilib. Müvafiq ekspertiza təyin
olunub”.

Qeyd edək ki, ötən gün kikboksçu Tulin Ələkbərova “Instagram” hesabında
sevgilisi tərəfindən ölümcül döyülməsi barədəpaylaşım
edib.

O qeyd edib ki, hadisə dekabr ayının 27-si, səhər saatlarında yarımtikili
ərazidə baş verib.

Sevgilisi Sübhanın ona xəyanət etdiyini öyrənən T.Ələkbərova danışmaq üçün onu
çağırıb.

Nəticədə aralarında mübahisə yaranıb və danışıq dava ilə bitib.

İlhamə Əbülfət

Source link