49e0b533-40c7-4991-826a-0f35740861cb..jpg

DİN: “Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb” – VİDEO

Baxış sayı: 515 dəfə baxılıb.

DİN: “Bakıda məktəbin yaxınlığında narkotik satan şəxs saxlanılıb” – VİDEO

Nəsimi rayonunda yerləşən orta məktəblərdən birinin yaxınlığında narkotik
maddələrin satışı iddiaları ilə bağlı daxil olan məlumatlar nəzarətə
götürülərək araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin (DİN) əməkdaşı, polis mayoru Anar
Qafarov bildirib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən
həyata keçirilən tədbir nəticəsində həmin şəxs, paytaxt sakini 1987-ci il
təvəllüdlü Zaur Hacıyev müəyyən olunaraq saxlanılıb.

Onun üzərindən külli miqdarda – 102 qram narkotik vasitə olan heroin aşkar
edilib.

Araşdırma zamanı Z.Hacıyevin narkotik maddələrin satışını təşkil etməklə
bərabər aludəçisi olduğu, həmçinin onunla birlikdə görüntülənən şəxslərin
məktəb şagirdləri yox, narkotik vasitə istifadəçiləri olduqları müəyyən edilib.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb, araşdırmalar davam etdirilir.


Source link