f85b6df4-668f-4a52-a9e8-b914e72d1451..jpg

DİN-dən ƏMƏLİYYAT: 50 kiloqram narkotik vasitə ələ keçirildi – FOTO/VİDEO

Baxış sayı: 544 dəfə baxılıb.

DİN-dən ƏMƏLİYYAT: 50 kiloqram narkotik vasitə ələ keçirildi – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallıda və Bakının Qaradağ rayonunda əməliyyat keçirilib, 50 kiloqram
narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən 28 mart 2024-cü il tarixində keçirilən növbəti əməliyyat zamanı
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1993-cü il təvəllüdlü
Aqil Əlizadə Qaradağ rayonu ərazisində saxlanılıb.

Həmin şəxsin üzərindən, avtomobilindən və Masallı rayonundakı evindən
ümumilikdə 50 kiloqram, o cümlədən 39 kiloqram tərkibi psixotrop maddələrlə
zənginləşdirilmiş marixuana, 7 kiloqram heroin, 2 kiloqram metamfetamin, 2
kiloqram tiryək, 2000 ədəd metadon həbi və narkotiklərin satışında istifadə
etdiyi 2 ədəd elektron tərəzi aşkarlanıb. Araşdırmalarla A.Əlizadə narkotikləri
şəxsiyyəti istintaqla araşdırılan Fərşad adlı İran vətəndaşından Astara
rayonunda əldə etdiyini bildirib.

Onun əsas məqsədi kuryerlik edərək narkotikləri müxtəlif ünvanlara çatdırıb
pul əldə etmək olub. Faktla bağlı cinayət işi başlanılıb, A.Əlizadə barəsində
məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link