Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları
tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinin qarşısının
alınması məqsədilə mübarizə tədbirləri davam etdirilir.
Cixisyolu.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti
məlumat yayıb.
Bildirilib ki, sonuncu əməliyyat zamanı mütəşəkkil dəstənin üzvləri – Cehun
Abbasquliyev və tanışı Rəxşan Məmmədov saxlanılıblar. Onlardan 31 kiloqram
tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran
vətəndaşı vasitəsilə Cəlilabad rayonunda əvvəlcədən müəyyənləşdirilmiş gizli
yerdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırılmasını
planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Mütəşəkkil dəstənin
digər üzvlərinin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində
əməliyyat tədbirləri davam etdirilir.
DİN-dən ƏMƏLİYYAT: Mütəşəkkil dəstə üzvləri ələ keçdilər