ddd2a151-e1fe-4109-a1fb-e7c23677e85c..jpg

DİN-dən silsilə ƏMƏLİYYATLAR: Dörd milyon manatlıq narkotik vasitə dövriyyədən çıxarılıb – FOTO/VİDEO

Baxış sayı: 563 dəfə baxılıb.

DİN-dən silsilə ƏMƏLİYYATLAR: Dörd milyon manatlıq narkotik vasitə dövriyyədən
çıxarılıb – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin
qarşısının alınması istiqamətində intensiv mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən xəbərə görə, Baş
Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 45 gündə Bakı və
respublikanın digər bölgələrində keçirilən silsilə əməliyyatlar zamanı
narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 3 mütəşəkkil dəstə, o cümlədən
bu maddələrin satışı ilə məşğul olan 49 nəfər saxlanılıb.

Əməliyyatlar zamanı “qara bazar”da dəyəri 4 milyon manat olan ümumilikdə 132
kiloqram, o cümlədən 42 kiloqram heroin, 68 kiloqram tərkibi psixotrop
maddələrlə zənginləşdirilən marixuana, 22 kiloqram metamfetamin, tiryək, 700
ədəd psixotrop tərkibli metadon, tramadol həbi, 1 ədəd odlu silah, elektron
tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları
qanunsuz dövriyyədən çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar
zamanı mütəşəkkil dəstənin üzvləri – Elmir Alılı, Fərman Sultanlı və Xalid
Bağırov saxlanılıblar. Onlardan 48 kiloqram tərkibi psixotrop maddələrlə
zənginləşdirilən marixuana, heroin və metamfetamin aşkar edilib. Bu şəxslər
İrandan qanunsuz yollarla göndərilən narkotiklərin Azərbaycandakı əsas
tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin əməkdaşları paytaxt, eləcə də cənub və qərb
bölgələrində də əlavə əməliyyatlar keçiriblər. Masallı rayonunda baş tutan
tədbirlərdən biri zamanı narkotik maddələrin ölkəyə gətirilməsini təşkil edən
əsas şəxslərdən biri – Cəlilabad rayon sakini Sudef Xəlilov saxlanılıb. Onun
üzərindən, avtomobilindən və yaşadığı ünvandan 36 kiloqramdan artıq heroin və
marixuana aşkar edilib.

Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs
qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduqları narkoşəbəkənin digər
üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.


Source link