2ff3645e-b551-4e0b-9a2b-57c6925e4421..jpg

DİN-dən XƏBƏRDARLIQ: “Beş min manatadək cərimələnə bilərsiniz” – FOTO

Baxış sayı: 609 dəfə baxılıb.

DİN-dən XƏBƏRDARLIQ: “Beş min manatadək cərimələnə bilərsiniz” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Nəqliyyat vasitələri ilə normadan artıq yük daşınması hallarının
qanunvericiliyə zidd olması ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə
baxmayaraq, müşahidələr göstərir ki, bəzi sürücülər tərəfindən analoji qayda
pozuntularına yol verilməsi hallarına hələ də rast gəlinir”.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, təyinatından asılı olmayaraq
istənilən yük Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə
müəyyən edilmiş kütlə hədlərindən artıq olmamalı və qanunvericilikdə nəzərdə
tutulmuş qayda da qablaşdırılmalıdır:

“Bir daha bu fəaliyyət ilə məşğul olan şəxslərin nəzərinə çatdırılır ki,
mövcud qanunvericiliyin tələblərinə müvafiq olaraq göstərilən yük
parametrlərini aşma hallarının müəyyən ediləcəyi təqdirdə həmin avtomobilin
hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхslər altı yüz mаnаt
məbləğində, icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə
parametrlərini aşmaqla yüklənməsinə yol vermiş vəzifəli şəxslər min dörd yüz
manatdan min yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər isə dörd min manatdan
beş min manatadək məbləğdə cərimə ediləcəklər”.

Source link