c9982693-e5ff-4284-acb6-2c1fb1810d6c..jpg

DİN: “Gəncədə polis əməkdaşının bıçaqlanması həqiqəti əks etdirmir” – YENİLƏNİB

Baxış sayı: 780 dəfə baxılıb.

DİN: “Gəncədə polis əməkdaşının bıçaqlanması həqiqəti əks etdirmir” – YENİLƏNİB

“Gəncə şəhərində polis əməkdaşının bıçaqlanması ilə bağlı məlumatlar həqiqəti
əks etdirmir, əsassızdır”.

Bunu Cixisyolu.com-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru
Eşqin Qasımov bildirib.

“Gəncə şəhərində polis nəfərinin yaşadığı evdə ehtiyatsızlıqdan yıxılması
nəticəsində ayağından yüngül xəsarət alıb”.

21:49

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şərq küçəsində qeydə
alınıb.

1992-ci il təvəllüdlü Kamal Əliyev ayağından bıçaq xəsarəti ilə xəstəxanaya
yerləşdirilib, dərhal yarası tikilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə Kamal Əliyev Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis
Bölməsinin əməkdaşıdır.

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Source link