ff50a3d5-c79e-4082-84d7-0f096097123a..jpg

DİN: “Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb” – YENİLƏNİB + FOTO

Baxış sayı: 614 dəfə baxılıb.

DİN: “Hava şəraiti ilə əlaqədar ölümlə nəticələnən hadisə qeydə alınmayıb” –
YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları respublikanın bütün ərazilərində
hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətini davam
etdirir.

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən
həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli olub:

“Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən
hadisə qeydə alınmayıb.

Son sutka ərzində DİN-in “102 Zəng Mərkəzi”nə vətəndaşlar tərəfindən hava
şəraiti ilə bağlı 3 765 çağırış daxil olub və kömək istənilib. Hər bir çağırış
operativ qaydada yerlərdə xidmət edən əməkdaşlara ötürülməklə vətəndaşlara
zəruri köməkliklər göstərilib. Çağırışlar əsasən respublikamızın magistral
yollarında, xüsusilə dağlıq ərazilərdə hərəkət edən şəxslərlə bağlı olub.
Sağlamlıq vəziyyətində problem yaranan şəxslərin polisin xidməti avtomobilləri
ilə yaşayış yerlərinə çatdırılması təmin edilib”.

“Bir daha sürücülərdən xahiş edirik sürət həddini hava şəraitinə uyğun tənzim
etsinlər, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinsinlər. Təcrübəsi az
olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə
edilmir”, – məlumatda deyilir.

Hazırda DİN əməkdaşlarının ölkə ərazisində fasiləsiz rejimdə xidməti davam
edir.

11:14

Paytaxt yollarının son vəziyyəti açıqlanıb.

Bu barədə Daxili İşlər Nazilliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində
və Rövşən Cəfərov küçəsi, “20 Yanvar” metrostansiyası istiqamətində sıxlıq
müşahidə olunur.

10:46

Bakı şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi qarlı hava ilə bağlı sürücülərə
müraciət edib.

Cixisyolu.com xəbər verir ki, BDYPİ sürücülərdən meydana gələ biləcək qəzaların və
digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər
görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola
çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici
işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol
və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan,
qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir.

09:36

Paytaxt yollarının son vəziyyəti açıqlanıb.

Bu barədə Daxili İşlər Nazilliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, hazırda paytaxt yollarında sıxlıq müşahidə olunmur.

Qeyd edək ki, Bakıda ötən gündən etibarən qarlı hava şəraiti müşahidə olunur.
Gecə saatlarında paytaxtın bəzi yollarında tıxac yaranmışdı.

09:18

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət
edib.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Müraciətdə deyilir:

“Əziz piyadalar:

– paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

– yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu
qarşıdan-qarşıya keçin;

– qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən
olmadığına və rahat olduğuna fikir verin;

– çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə
müvazinəti tənzimləyə bilərsiniz;

– balaca və asta addımlar atın;

– pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və
sürüşmədiyinə tam əmin olun;

– pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

– yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən
ehtiyatlı olun;

– bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.

Source link