48693a14-eb23-4b21-a5e9-159a2e65cade..jpg

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb – YENİLƏNİB + FOTO

Baxış sayı: 951 dəfə baxılıb.

DİN-in İranın casus şəbəkəsinə qarşı əməliyyatı: 39 nəfər saxlanılıb –
YENİLƏNİB + FOTO

Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat tədbirləri
nəticəsində Azərbaycanda “din pərdəsi” altında təxribat və pozuculuq əməllərini
həyata keçirən 39 nəfər müəyyən edilərək saxlanılıb.

“Report” xəbər verir ki, özlərini dindar kimi qələmə verən həmin şəxslər
sosial şəbəkələr üzərindən İran lehinə təbliğatlar apararaq ölkəmizdəki dini
etiqad azadlığından sui-istifadə edərək Azərbaycanda formalaşmış tolerantlıq
ənənələrinə xələl gətirmək üçün İran xüsusi xidmət orqanlarının tapşırıqlarını
yerinə yetiriblər.

Onlar insanlar arasında məzhəb ayrı-seçkiliyi salmaq, qarşıdurma yaratmaq
məqsədilə Azərbaycan vətəndaşlarının qatıldıqları dini mərasimlərdə və sosial
şəbəkələrdə İrana aid atributlardan, eləcə də üzərində fars dilində müxtəlif
yazılar olan qara bayraqlardan istifadə etməklə cəmiyyətdə çaşqınlıq yaradaraq
topladıqları məlumatları tapşırıq aldıqları xüsusi xidmət orqanlarına ötürüblər.

Qeyd edək ki, saxlanılan şəxslərin arasında “SalamNews” informasiya agentliyi
və “İnteraz”ın faktiki rəhbəri “Hacı Mətləb” kimi tanınan Mətləb Bağırov da var.

10:32

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar
davam edir.

Bakupost.az xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da
əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb.
Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul
olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən
əməliyyatlarda yeddi nəfərsaxlanılıb .

Source link