DİN-in Polis Akademiyasına qəbul təkmilləşdirilir
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasının Nizamnaməsində dəyişiklik
edilib.
Cixisyolu.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq fərmanında əksini
tapıb.
Dəyişikliyə əsasən, tam orta təhsil və ya orta ixtisas təhsili əsasında
Akademiyanın ali təhsilin bakalavriat səviyyəsinin əyani təhsilalma formasına
qəbul ediləcək şəxslərlə daxili işlər orqanlarında xidmət keçmə haqqında
müqavilə bağlanılır. Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul
haqqında elanda həmin müqavilənin bağlanılmasının zəruriliyi barədə məlumat
verilir.
Yuxarıda göstərilən şəxslərin Akademiyaya qəbulu daxili işlər orqanlarında
xidmət keçmə haqqında müqavilə bağlanıldıqdan sonra Akademiya rəisinin əmri ilə
rəsmiləşdirilir.