3f28bca4-c6d5-404d-8385-a7f6601c5657..jpg

DİN İrana xidmət edən daha bir şəbəkəni ifşa etdi – FOTO/VİDEO

Baxış sayı: 764 dəfə baxılıb.

DİN İrana xidmət edən daha bir şəbəkəni ifşa etdi – FOTO/VİDEO

Azərbaycanda din pərdəsi altında cinayətkar fəaliyyət göstərən bir qrup şəxs
həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin
əməkdaşları tərəfindən həmin şəxslərə qarşı xüsusi əməliyyat keçirilib.
Əməliyyat zamanı 20-ə yaxın şəxsin saxlanıldığı bildirilir.

Belə ki, həmin şəxslər dini xurafatçılıqla və İran lehinə dini təbliğat
aparmaqla narkotik vasitələrin kütləvi satışını da təşkil edirmişlər. Din
pərdəsi altında cinayətkar fəaliyyət göstərmiş şəbəkənin əsas məqsədi
Azərbaycanın dünyəvi dəyərlərinə zərbə vurmaq, “kərimə” gənclərini narkotik
vasitələrə qurşandırmaqla idarə etmək olub.

Sözügedən qrupun başqa üzvlərinin olduğu da ehtimal edilir.


Source link