83adcb11-3434-4dfb-a730-c09e15911859..jpg

DİN: Martın 7-də axtarışda olan 89 nəfər saxlanıb

Baxış sayı: 941 dəfə baxılıb.

DİN: Martın 7-də axtarışda olan 89 nəfər saxlanıb

Martın 7-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 3
cinayətin üstünün açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən
təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə
ümumilikdə 89, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər
saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi
baş verib, nəticədə 2 nəfər ölüb.

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və
aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.

Source link