1baf1585-c1a9-4286-9188-82f48ba24ddb..jpg

DİN nəqliyyat vasitələrinin axşam saatlarında texniki baxışla bağlı məlumat yayıb – FOTO/VİDEO

Baxış sayı: 858 dəfə baxılıb.

DİN nəqliyyat vasitələrinin axşam saatlarında texniki baxışla bağlı məlumat
yayıb – FOTO/VİDEO

Paytaxtda hərəkəti müəyyən olunmuş vaxtlarda məhdudlaşdırılan yük
avtomobilləri və avtobus sürücülərinə axşam saatlarında nəqliyyat vasitələrini
texniki baxışdan keçirmələri üçün şərait yaradılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

“Nəqliyyat vasitələrinin sahiblərinə fasiləsiz və daha keyfiyyətli xidmət
göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Baş
Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu və Qaradağ rayonlarında yerləşən
Texniki Müayinə mərkəzlərində artıq bir müddətdir ki, 24 saat fasiləsiz iş
rejimi tətbiq edilir.

Gecə saatlarında avtomobilini texniki baxışdan keçirmək istəyən sürücülər
kifayət qədərdir. Saatından asılı olmayaraq müraciət edən sürücülərin
məmnunluğu üçün Texniki Baxış Mərkəzlərində bütün şərait yaradılıb.

Paytaxt ərazisində hərəkəti müəyyən olunmuş müddətlərdə məhdudlaşdırılmış yük
avtomobillərinin, sərnişin daşıması ilə məşğul olan avtobusların sürücüləri
qurumun fasiləsiz fəaliyyətindən razıdırlar. İş saatlarında vaxt tapıb
avtomobilini texniki baxışa təqdim edə bilməyən minik avtomobillərinin
sahibləri də axşamlar avtomobilini rahatlıqla texniki baxışdan keçirmə imkanına
malikdirlər.

Qeyd edək ki, nəqliyyat vasitələrinin sahibləri və sürücüləri onları
maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün günün 24 saatı
012-590-71-13 nömrəli qaynar xəttlə əlaqə saxlaya bilərlər”, – məlumatda qeyd
olunub.


Source link