DİN: “Restoranların açılması o demək deyil ki, toy etmək olar” - VİDEO

DİN: “Restoranların açılması o demək deyil ki, toy etmək olar” – VİDEO

Baxış sayı: 2. 391 dəfə baxılıb.

“Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir”.

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi yüksəkdir:

“Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Burada dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir”.