DİN tədbirləri davam etdirir: Vətəndaşlardan silahlar təhvil alındı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Şamaxı, İsmayıllı və Saatlı sakinləri odlu silahları polisə təhvil veriblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Şamaxı və İsmayıllı rayonlarında keçirilmiş tədbirlər nəticəsində Şamaxı rayon
sakininin tapdığı, İsmayıllı rayon sakininin isə qanunsuz olaraq özündə
saxladığı ov tüfəngi könüllü olaraq ərazi polis şöbələrinə təhvil verilib.
Həmçinin, keçirilən tədbirlər nəticəsində bu gün iki nəfər Saatlı rayon sakini
müvafiq sənədləri olmayan ov tüfənglərini könüllü olaraq polis əməkdaşlarına
təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.