97f0e052-3f94-4ee0-8e56-464c99cf71f6..jpg

DİN və DSX-dən birgə əməliyyat: Saxlanılanlar var – FOTO

Baxış sayı: 1. 100 dəfə baxılıb.

DİN və DSX-dən birgə əməliyyat: Saxlanılanlar var – FOTO

Mart ayının 18-də saat 03:40-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər
Nazirliyinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri
nəticəsində Füzuli rayonunun Mollaməhərrəmli kəndi yaxınlığında “Saipa”
markalı, 99-PU-326 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şübhə doğurduğu üçün
saxlanılıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən xəbərə görə, araşdırma
zamanı saxlanılan şəxslərin Bakı şəhər sakinləri Ələkbərov Nicat Hatəm oğlu,
Qurbanov Əlixan Əlzahid oğlu və Şükürov Yəhya Tahir oğlu olmaları müəyyən
edilib, avtomobilə baxış keçirilərkən ümumi çəkisi 10 kiloqram 500 qram
narkotik vasitə (4 kiloqram marixuana, 4 kiloqram tiryək, 2 kiloqram
metamfetamin və 500 qram heroin) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Source link