e2d86404-9e83-404d-a229-73258d88c0a3..jpg

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı QƏRAR

Baxış sayı: 685 dəfə baxılıb.

Direktoru kabinetində öldürən polkovnik-leytenantın oğlu ilə bağlı QƏRAR
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gəncə Apellyasiya Məhkəməsində 2021-ci ilin 8 oktyabr tarixində Kənd
Təsərrüfatı Nazirliyinin Goranboyda yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin
direktoru Ziyad Əhmədovu qətlə yetirən 1992-ci il təvəllüdlü Mirhadı Tağıyevin
barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən
prosesdə qərar elan edilib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 10 il 6 ay müddətinə həbs
cəzası verilib.

Qeyd edək ki, 2021-ci il oktyabrın 8-də saat 13 radələrində Goranboy rayonu
ərazisində yerləşən Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında həmin
mərkəzin direktoru 1964-cü il təvəllüdlü Ziyad Əhmədovun öldürülməsi
barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılan araşdırmalarla qeyd
edilən mərkəzin baş mühasibi vəzifəsində çalışan, 1992-ci il təvəllüdlü
Mirhadı Bağırovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə
zamanı Ziyad Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı
şübhələr müəyyən edilib. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi
başlanıb. Məhkəmə araşdırmaları zamanı məlum olub ki, hadisədən bir neçə ay
əvvəl həmin quruma mühasib vəzifəsinə təyin edilən Mirhadı vəzifəsinə səhlənkar
yanaşıb və mütəmadi olaraq işdən yayınıb. İttiham aktında qeyd edilib ki,
DAİM-in rəhbəri Z.Əhmədov M.Tağıyevə sənədlərin tərtibatında yol verdiyi
nöqsanlara görə mütəmadi iradlar bildirib. Həmçinin xidməti fəaliyyətinə aid
olmayan işlərin görülməsinə cəlb edilməsi ilə bağlı onların aralarında
mübahisələr baş verib. Son olaraq 8 oktyabr 2021-ci il tarixdə saat 10
radələrində M.Tağıyevlə direktor arasında “Müştəribank” tətbiqinin şifrəsinə
görə mübahisə yaşanıb. Bundan əsəbiləşən gənc mühasib iş yerini tərk edərək evə
gedib. Həmin gün saat 13 radələrində Mirhadının atası Mirtağı Bağırov oğluna
zəng edərək iş yerini tərk etdiyi üçün onu danlayıb və Ziyad Əhmədovun onu iş
yerində gözlədiyini bildirib. Bundan sonra Mirtağı mağazadan bıçaq alaraq
işlədiyi idarəyə gedib və binanın 2-ci mərtəbəsinə qalxaraq direktorun
kabinetinə daxil olub və onu qətlə yetirib.

Xatırladaq ki, Mirhadının atası Mirtağı Bağırov polis polkovnik-leytenantıdır.
Mirtağı Bağırov uzun müddət Goranboy Rayon Polis Şöbəsinin rəis müavini
vəzifəsini tutub, bir müddət rəis vəzifəsini də icra edib.

Source link