Diş minasını bərpa etməyin yolu tapıldı

Diş minasını bərpa etməyin yolu tapıldı

Baxış sayı: 2. 245 dəfə baxılıb.

Londonun Kraliça Mariya universitetindən olan alimlər diş minasını bərpa etməyi bacaran xüsusi material ərsəyə gətirib.

ÇıxışYolu.Com xəbər verir ki, elmi iş haqqında məqalə “Nature Communications” jurnalında dərc olunub.

Əvvəllər hesab olunurdu ki, diş minası kənar təsirlərə məruz qaldıqda onun bərpası mümkün olmur, bu isə sağlam dişlərin itirilməsinə yol aça bilir.

Məqaləyə görə, yeni material struktur və xassələri baxımından təbii diş minasına bənzəyir. Onun hazırlanmasında kristalların artımına təkan verən zülaldan istifadə olunub.

Yeni maddə ekstremal temperaturlara, turş içki və qidalara qarşı davamlıdır, dişlərin sağlamlığını uzun illər ərzində qoruyub saxlamağa imkan verir.

Tədqiqat qrupunun bəyanatına görə, hazırlanmış maddənin köməkliyi ilə gələcəkdə sərt toxumaların regenerasiyasında həmçinin dişlərin çürüməsinin qarşısının alınmasında böyük tərəqqiyə nail olmaq olar.

.
www.ÇıxışYolu.Com