6de1ca85-c245-4257-914b-8a7c54b7c6f9..jpg

Divardakı çılpaq uşaq şəkli məşhur aktrisanın başına bəla oldu – FOTO

Baxış sayı: 1. 026 dəfə baxılıb.

Divardakı çılpaq uşaq şəkli məşhur aktrisanın başına bəla oldu – FOTO

Arnold Şvartseneggerlə birlikdə oynadığı “Doğru yalan” (“True Lies”)
filmindəki rolu ilə parlayan Hollivud ulduzu Ceymi Li Körtis paylaşdığı şəklə
görə başını bəlaya salıb.

Belə ki, aktrisa özünün sosial şəbəkə hesabından ofisinin şəklini paylaşıb.
Amma divarda çamadana basılmış çılpaq uşaq təsviri sosial çəbəkə
istifadəçilərinin kəskin tənqidinə səbəb olub.

“Uşaq öldürmə, yoxsa köləlik? Hollivud dayanmalıdır”, “Mən bunu görmək və ya
telefonumda bu şəkilə rast gəldiyim üçün həbs olunmaq istəmirəm”, “Lənət
şeytana, bu necə sənətdir?”, – deyə aktrisanın pərəstişkarları məyusluqlarını
bildiriblər.

Körtis artıq paylaşımını silib.

Mənbə: RT

Source link