1f8fb712-c230-4994-afcf-024e91956dad.jpg

Dizel mühərrikli avtomobillərə əlavə vergi tətbiq oluna bilər?

Baxış sayı: 258 dəfə baxılıb.

Sosial şəbəkələrdə məlumatlar yayılıb ki, bu ilin noyabrından sonra dizel
mühərrikli avtomobillərə vergi tətbiq olunacaq. Məqsədin isə ekologiyanı
qorumaq naminə hibrid avtomobillərə olan marağın atırılması ilə bağlı olduğunu
qeyd edirlər.

Maraqlıdır, sözügedən vergi tətbiq oluna bilərmi? Buna zərurət varmı?

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı Cixisyolu.com-a danışıb. O, məsələni belə
izah edib:

“Dizel mühərrikli avtomobillərə verginin tətbiqi COP29 və ya hansısa
beynəlxalq tədbirlə bağlı deyil. Verginin tətbiq edilib-edilməməsi hökumətin
təklifi ilə Milli Məclisin səlahiyyətində olan məsələdir. Yəni vergini
artırıb-azaltmaq və ya müəyyənləşdirmək Vergi Məcəlləsinə edilən
dəyişikliklərlə mümkün ola bilər. Yəni Vergi Məcəlləsinə dəyişikliyi hökumət
təklif etməlidir, Milli Məclis təsdiq etdikdən sonra ölkə başçısı
imzalamalıdır. Vergi Məcəlləsinə belə təklif ilə əlaqədar rəsmi mənbələrdə
məlumat yoxdur”.

O əlavə edib ki, Azərbaycanda əlavə dəyər vergisi (ƏDV), yol vergisi, aksiz
vergisi və sair qiymətin daxilindədir:

“Hökumət dizel yanacağının qiymətini iyulun 1-də artırıb. Bu qiymət artımı elə
vətəndaşdan alınan əlavə vergidir. Yaxın müddətdə vergi tətbiqinin olacağını
düşünmürəm”.

Məhərrəm Əliyev

Source link