Avicii ləqəbi ilə tanınan isveçli DJ Tima Berqlinq doğma şəhəri olan Stokholmda dəfn edilib.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb.
Nəşrin məlumatlarına görə, o, YUNESKO-nun dünya irsinə daxil olan və şəhərin cənubunda yerləşən Skoqskirqodqrad qəbiristanlığında dəfn olunub. Mərasimdə yalnız Berqlinqin yaxınları iştirak edib.
Qeyd edək ki, 28 yaşlı Avicii aprelin 20-də Omanda ölü tapılıb. Polislər musiqiçinin ölümündə heç bir cinayət izi aşkar etməyiblər. Bir müddət sonra onun ailəsi Berqlinqin intihar etdiyini açıqlayıb.