Omanın hüquq-mühafizə orqanları Avicii kimi tanınan isveçli DJ Tim Berqlinqin öldürülməsi barədə versiyanı istisna edib.
ÇıxışYolu.Com CNN telekanalına istinadla xəbər verir ki, bu barədə autopsiyanın nəticələrində məlumat verilib.
Qeyd edilib ki, Berqlinq istirahət üçün Omanın paytaxtı Maskata gəlib.
28 yaşlı DJ-in ölüm səbəbi hələ də açıqlanmır.
TMZ-dən verilən məlumata görə, DJ-i ölümündən bir gün əvvəl yaxtada bir neçə kişi ilə görüblər. O, əlində stəkan tutubmuş. Ancaq onun sərxoş olub-olmadığı məlum deyil.
Berqlinqin ölümü haqqında məlumat martın 20-də yayılıb. Son bir neçə ildir ki, DJ səhhətindəki problemlərdən və içkidən şikayətlənirdi. Bir müddət öncə o verdiyi açıqlamada içkini tərgitdiyini bildirmişdi.
Avicii karyerasını remikslərlə başlayıb. O, 2010-cu ildə “My Feelings for You”, “Seek Bromance”, “Blessed” və “Levels” mahnıları ilə məşhurlaşıb. 2013-ci ildə Forbes jurnalı onu dünyada ən çox qazanan diceylərdən biri adlandırıb.