Dmitri Medvedev idman edən zaman zədələnib

Baxış sayı: 2. 850 dəfə baxılıb.

Dmitri Medvedev idman edən zaman zədələnib

Rusiyanın baş naziri Dmitri Medvedev idmanla məşğul olan zaman zədələndiyi üçün avqustun 14-dən bəri ictimai tədbirlərdə iştirak etmir. 

ÇıxışYolu.Com “Lenta.ru”ya istinadla xəbər verir ki, bununla bağlı Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb. 

Qeyd edilib ki, zədə Medvedevə tədbirlərdə iştirak etməyə imkan vermir. 

Medvedevin ictimai tədbirlərə qatılmaması ilə bağlı xəbəri “Proyekt” Telegram-kanalı yayıb. Nazirlər Kabinetindəki mənbəyə istinadla yayılan məlumata əsasən, baş nazirin sıx qrafiki və vacib tədbirləri olmasına baxmayaraq, o, bunların heç birində iştirak etmir, eləcə də baş nazir məzuniyyətdə deyil. 

Mətbuat xidməti qeyd edib ki, Medveden avqustun 27-də vəzifəsinin icrasını davam edəcək. 

www.ÇıxışYolu.Com