“Heydər Əliyevin şəxsiyyətinin və dahi siyasətinin miqyası illər keçdikcə daha dərindən üzə çıxır. O, Sovet İttifaqının dağılması zamanı Azərbaycanı xaosdan xilas etməklə yanaşı, tarixi əzəmətini də bərpa edə bildi”.
Bu barədə mayın 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində Caliber.Az-a Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Federasiyası Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
“Bugünkü güclü və müstəqil Azərbaycanın nailiyyətləri İlham Əliyevin müdrik siyasəti sayəsində mümkün olub və Heydər Əliyevin düşündüyü layihələrdən qaynaqlanır. Heydər Əliyevin həmişə xüsusi status verdiyi Rusiya ilə tarixən möhkəm əlaqələrin qorunub saxlanılması və dostluğun möhkəmləndirilməsi kursunu xüsusi qeyd etmək istərdim”, – deyə Dmitri Savelyev vurğulayıb.
Həmsöhbətimizin sözlərinə görə, indi hər iki ölkə həm iqtisadi, həm də dünya siyasi arenasında qarşılıqlı dəstək baxımından Heydər Əliyevin bu taleyüklü qərarından maddi dividentlər əldə edir.
“Əlbətdə ki, hər bir rusiyalı və azərbaycanlı koronavirus pandemiyası zamanı bunu xüsusilə kəskin şəkildə hiss etdi. Azərbaycanın Qarabağ münaqişəsindəki qələbəsini də ayrıca qeyd etmək lazımdır. Heydər Əliyevin məsələni beynəlxalq hüquq normaları çərçivəsində həll etməkdə qəti niyyəti bir çox insanın həyatını xilas etdi və Azərbaycanın açıq şəkildə güclü mövqe tutmasına imkan verdi. Və bu gün İlham Əliyevin parlaq siyasi hərəkətləri nəticəsində münaqişə Azərbaycanın xeyrinə həll olunduqda, dünya birliyinin bütün rəğbətləri onun tərəfindədir.
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə Prezident İlham Əliyevi və bütün qardaş Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm! İlham Əliyevə möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və müstəqil Azərbaycan naminə uğurlu fəaliyyətində yeni uğurlar, Azərbaycan xalqına isə xoşbəxtlik, sülh və firavanlıq diləyirəm!”, – deyə rusiyalı parlamentari bəyan edib.