71f8e8e6-c206-4540-b57a-9f100c7e8e5f..jpg

Dmitri Solonnikov: “Aİ və Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil olmaq istəyirlər” – MÜSAHİBƏ

Baxış sayı: 789 dəfə baxılıb.

Dmitri Solonnikov: “Aİ və Fransa Ermənistan vasitəsilə Cənubi Qafqaza daxil
olmaq istəyirlər” – MÜSAHİBƏ

Dünən, fevralın 20-də Ermənistanda ATƏT-in (EUMA) uzunmüddətli “mülki
missiyası” öz işinə başlayıb. Onlar dəfələrlə xəbər verildiyi kimi,
Ermənistan-Azərbaycan sərhədində monitorinq aparacaqlar. Moskva artıq bəyan
edib ki, Aİ-nin Ermənistandakı missiyası Rusiyanı regiondan sıxışdırmaq
cəhdidir.

Bir neçə gün əvvəl isə Fransa Prezidenti Emmanuel Makron Münhen Təhlükəsizlik
Konfransındakı çıxışında, əslində Paris və İrəvanı Moskvaya qarşı çıxarmışdı.
O, Rusiyanı Cənubi Qafqazda təxribat və sabitliyi pozmaqda günahlandırdı, sonra
bildirdi:

“İndicə təsvir etdiyim neokolonial Rusiyanın Qafqazdakı çətinliklərin
öhdəsindən gələ biləcəyinə necə inanmaq olar? Mən bunu dəstəkləməyə və
əməkdaşlığa davam edəcəyimiz dostum, Baş nazir Nikol Paşinyanın yanında
deyirəm”.

Öz növbəsində Ermənistanda olmuş Fransanın keçmiş baş naziri Eduard Filip qeyd
edib ki, hazırda o, rahatdır, çünki Aİ missiyası Ermənistanda yerləşdirilir.

Cixisyolu.com rusiyalı politoloq, Müasir Dövlət
İnkişafı İnstitutunun direktoruDmitri Solonnikovdan vəziyyətə şərh verməyi
xahiş edib:

– Biz Avropa İttifaqının və ilk növbədə Fransanın Ermənistan vasitəsilə Cənubi
Qafqaza daxil olmasının ardıcıl siyasətini görürük. Fransa Afrikada geosiyasi
rəqabətdə bərk uduzur, məlumdur ki, bir sıra Afrika ölkələri artıq Parislə
əməkdaşlıqdan imtina ediblər, fransız kontingentləri oradan çıxarılır. Əvvəllər
isə “Fransız Afrikası” Fransanın dünya hegemonluğunun təzahürü idi. Bütün
qitəni itirən fransızlar, ümumiyyətlə, heç vaxt mövcud olmadığı bölgəyə girməyə
və geri qazanmağa çalışırlar.

Sirr deyil ki, Ermənistanın hazırkı Baş naziri Nikol Paşinyan Qərb, o cümlədən
ABŞ tərəfindən maliyyələşdirilən müxtəlif qeyri-kommersiya təşkilatları (QHT),
medianın dəstəyi sayəsində hakimiyyətə gəlib. Dünyadakı ən böyük Amerika
səfirliyi İrəvanda yerləşir. Paşinyanın gəlişi Ermənistanı postsovet
məkanından, KTMT-dən, Aİİ-dən ayırmaq üçün uzunmüddətli oyunun nəticəsi idi.
Bunu dərhal etmək mümkün deyildi.

Əgər Paşinyan hakimiyyətə gələndən dərhal sonra bəyan etsəydi ki, Rusiya
Ermənistanın düşmənidir, biz indi yalnız Avropa (Fransa) və ABŞ ilə
münasibətlər quracağıq, o zaman o, tez bir zamanda devrilərdi, çünki
Ermənistanda o vaxt rusiyayönlü əhvali-ruhiyyə var idi. Amma sonra yenidən
formatlaşdırılması konveyerə qoyuldu; Qərb siyasi texnoloqları necə işləməyi
bilirlər. Neçə illərdir Ermənistanın yolunun başqa olması, Rusiyanın isə şər
qüvvəsi kimi təbliğatı aparılır. Amma bugünkü Ermənistan – əvvəlcə Rusiya
imperiyası, sonra isə Sovet İttifaqı tərəfindən yaradılan dövlət-texnoloji
quruluşdur.

Bu süni konfiqurasiyadır. Amma indi Ermənistan üçün Rusiya imperiyası da, SSRİ
də, dediyim kimi, şərdir. Bu ideologiya bir neçə ildir ki, erməni cəmiyyətinə
təlqin edilir. İndi də Paşinyan Avropa İttifaqı və ABŞ-ın xeyrinə Ermənistanı
Rusiyadan ayırmaq kimi açıq siyasət apara bilər ki, bunu da tədricən edir. Hər
şey, xüsusən də Rusiya xarici siyasətinin başqa istiqaməti ilə daha çox fəal
məşğul olduğu indiki şəraitdə məntiqlidir. Ermənistan da, Makron da bundan
istifadə edir.

– Bəs Fransa və Avropa İttifaqı, sizcə, Ermənistan-Azərbaycan münasibətlərinin
nizamlanmasına, sülh müqaviləsinin imzalanmasına hansısa şəkildə kömək edə
bilər?

– Düşünmürəm. Praktiki faydası olmayacaq və biz bunu ATƏT-in Minsk qrupunda
gördük – Fransa həmsədr idi və onun iştirakı razılaşmaların əldə olunmasına
mane olurdu. Əslində, Avropa bu vəziyyətdə gərginlik nöqtəsi yaradılması, sonra
isə münaqişənin onilliklər ərzində həll olunmaması kimi sübut olunmuş
strategiyadan istifadə edir. Bu, klassik Avropa siyasətidir.

– Amma Fransa və Avropa eyni şey deyil? Aİ daxilində çoxlu ziddiyyətlər var və
bu, sirr deyil…

– Mən belə deyərdim: bütün Avropa ölkələri arasında ən böyük erməni lobbisi
Fransadadır. Dünyada isə hələ ABŞ-də də nüfuzlu erməni icması var. Ona görə də
Paris və Vaşinqton arasında ermənipərəst gündəmi geri qaytaracaq bir növ
konsensusdan danışmaq olar. Avropanın digər ölkələrində, bütövlükdə Qərbdə
erməni lobbisinin təsiri nəzərəçarpacaq dərəcədə azdır, ona görə də onlar
Ermənistan-Azərbaycan nizamlanmasında o qədər də maraqlı deyillər, lakin Fransa
və ABŞ-yə qarşı da çıxmayacaqlar.

Nair Əliyev

Source link