Dmitri Verxoturov: “Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç
düşünmədən qurban verilə bilər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycanın Rusiya ilə yaxşı münasibətləri var və ona görə də təzyiqlərə
məruz qalır”.
Bu sözləri postsovet məkanı üzrə rusiyalı ekspert, yazıçı, tarixçi və ictimai
xadimDmitri Verxoturov Cixisyolu.com
müsahibəsində deyib.
“Hesab etmək olmaz ki, amerikalılar erməniləri dəstəkləməyə çalışırlar, axı
Ermənistan sadəcə böyük oyunda kiçik bir fiqurdur və heç düşünmədən qurban
verilə bilər. Lakin məhz indi bu fiqurun əldə olunması əhəmiyyət kəsb edir ki,
onun vasitəsilə bəzi gedişlər etmək mümkün olsun”, – deyə Dmitri Verxoturov
qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın bu məsələdə mövqeyi Sovet İttifaqının dağılması
zamanı mövcud olan sərhədlər çərçivəsində həm Azərbaycanın, həm də Ermənistanın
ərazi bütövlüyünün tanınmasına əsaslanır.
“Bu, Cənubi Qafqaz regionunda öz addımlarına diqqət edən, təmkinli siyasət
yürüdən böyük bir dövlətin fikridir. O, Ermənistan tərəfidir ki, döyüş şüarları
səsləndirə, nəyəsə çağırış edə bilər. Lakin ermənilər Rusiya Federasiyasına
hücum edərlərsə, Rusiya bunu, demək olar ki, hiss etməyəcək. Amma Rusiya
Ermənistanı vurarsa, o zaman Ermənistan yox olacaq. Bu nəzərə alınmalıdır”, –
deyə ekspert vurğulayıb.
Nair Əliyev