8a558314-8f60-4428-a68a-23f398d2a930..jpg

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar – FOTO

Baxış sayı: 745 dəfə baxılıb.

DMX və ƏƏSMN əməkdaşları Xankəndidə fəaliyyətə başladılar – FOTO

Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
Azərbaycan cəmiyyətinə dayanıqlı reinteqrasiyasının təmin edilməsi və
Azərbaycan dövlətinin himayəsindən istifadə etmələrinə imkan yaradılması
məqsədilə Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur
məsələlərinin həlli üzrə İşçi qrupa həmin şəxslərin hüquqi statusunun müəyyən
olunması ilə bağlı verilən müvafiq tapşırıqlar çərçivəsində Dövlət Miqrasiya
Xidmətinin (DMX), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN)
əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar.

Bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyası məlumat yayıb.

Bildirilib ki, DMX əməkdaşları Qarabağ bölgəsində yaşayan erməni sakinlərin
ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla
əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkili, ƏƏSMN əməkdaşları isə
sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı
fəaliyyət göstərirlər.

Reinteqrasiya prosesinə qoşulmaq məqsədilə ilkin qeydiyyat üçün müraciətlərin
qəbulu DMX-nın əməkdaşları tərəfindən Xankəndi şəhərində yerləşən keçmiş
“polis” binasında aparılır.

Həmçinin ilkin qeydiyyata dair müraciətlərin qəbulu və qeydiyyata alınma
prosesi DMX tərəfindən bu məqsədlə yaradılmış xüsusi portal
(reintegration.gov.az) vasitəsilə elektron həyata keçirilir.

Dövlət orqanları əməkdaşlarının bölgədə fəaliyyəti Qarabağda yaşayan erməni
sakinlərin yerli cəmiyyətə reinteqrasiyasının daha sürətli həyata
keçirilməsinə, həmçinin sosial-humanitar ehtiyaclarının qarşılanmasında
səmərəliliyin artırılmasına imkan yaradacaq.

Source link