9eec2a2c-2284-4c86-b30b-046a441fd8f7..jpg

Dneprdə üç günlük matəm elan edildi

Baxış sayı: 1. 122 dəfə baxılıb.

Dneprdə üç günlük matəm elan edildi

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində həlak olanların xatirəsinə
üç günlük matəm elan edilib.

Bu barədə Dnepr meri Boris Filatov məlumat yayıb.

Faciənin baş verdiyi ərazidə xilasedicilər, hərbçilər, şəhər xidmətləri, polis
və bir çox texniki işçilər işləyirlər. Dağıntıların təmizlənməsi davam edir.

Xatırladaq ki, yanvarın 14-də Ukrayna ərazisinin kütləvi atəşə tutulması
zamanı Dneprdə yaşayış binasına raket zərbəsi endirilib.

Nəticədə 27 nəfər həlak olub, onlarla sakin yaralanıb.

Mənbə: rbc.ua

Source link