8141b0f1-a6b7-40b9-9545-2ff8e22016f4..jpg

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdən fləşmob – VİDEO

Baxış sayı: 609 dəfə baxılıb.

Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdən fləşmob – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma
yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib.

Cixisyolu.com-ın məlumatına görə, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində,
Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.

Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad
edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1 453 ailə, yəni 5 719
nəfər doğma yurda köçürülüb.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı” çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu
siyasətin uğurla həyata keçirilməsini təmin edir.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma
yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırladığı fləşmobu təqdim edir:

Source link