İllər əvvəl Laçın şəhər 2 nömrəli tam orta məktəbin şagirdi olmuş Rüxsarə
Nəsibzadə 32 il sonra adıçəkilən məktəbə müəllim kimi qayıdıb.
Doğma yurduna geri dönən laçınlı müəllim təəssüratlarını Baku TV ilə bölüşüb.
“Bu məktəbdən deyib gülə-gülə çıxmışdıq. Təəssüflər olsun ki, səhər durub
doğma məktəbimizə gələ bilmədik. İndi çox qürurlu və xoşbəxtəm ki, məktəbimiz
fəaliyyətini Laçında davam etdirir”, – R.Nəsibzadə deyib.
Xatırladaq ki, bu gün Beynəlxalq Müəllimlər Günüdür.
Daha ətraflı Baku TV-nin süjetində:
bölüşdü
Doğma yurduna qayıdan laçınlı müəllim təəssüratlarını bölüşdü