ad9d8f24-dace-4921-af14-5f2f4dead913..jpg

Doğum günü olan Faiq Ağayev 23 il əvvəlki mahnısına yeni nəfəs verdi – VİDEO

Baxış sayı: 625 dəfə baxılıb.

Doğum günü olan Faiq Ağayev 23 il əvvəlki mahnısına yeni nəfəs verdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Azərbaycan Respublikasının Xalq artisti Faiq Balağa oğlu Ağayevin doğum
günüdür.

Cixisyolu.com xatırladır ki, o, 1971-ci il dekabrın 29-da Bakıda anadan olub.

1993-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin
musiqili teatr aktyoru fakültəsini fərqlənmə diplomu ilə bitirib.

F.Ağayev universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına “Xarkov-95”
Beynəlxalq Retro mahnılar müsabiqəsində və “Qızıl Şlyager – Mogilyov-96”
Beynəlxalq müsabiqəsində də qalib gəlib.

Bundan sonra onun peşəkar səhnə həyatında yüksəliş mərhələsi başlayır. 1996-cı
ildən Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin solistidir. Həmçinin
2012-2013-cü illərdə Azərbaycan Dövlət Muğam Teatrının solisti kimi çalışıb.

1995-ci ildə müğənninin “Ola bilməz” adlı ilk albomu çıxıb. 1998-ci ildə Faiq
Ağayev üç gün davam edən “10 il Sizinlə” solo konsertinə görə “İlin konserti”
nominasiyasında, 1999-cu ildə isə “Dəşti” klipinə görə “İlin klipi”
nominasiyasında “Humay” Milli Mükafatının sahibi olub. Həmçinin 1999-cu ildə o,
“İlin müğənnisi” nominasiyasında “Grand” Milli Mükafatını qazanıb.

2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti Heydər
Əliyevin fərmanı ilə Faiq Ağayevə “Azərbaycan Respublikasının Əməkdar artisti”
fəxri adı verilib.

2007-ci il 7-11 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo
konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekord müddət
müəyyən etmiş olub.

2008-ci il sentyabrın 17-də Faiq Ağayevə Azərbaycan Respublikasının Prezidenti
İlham ƏliyevinSərəncamı ilə “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adı
verilib.

2012-ci ilin 27-30 dekabr tarixlərində Faiq Ağayevin Heydər Əliyev Sarayında 4
günlük anşlaqlı “VİDA” solo konsertləri keçib. Pərəstişkarlar arasında “Cənab
Qızıl Şlyager” adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən
çox solo konsert verib.

Faiq Ağayev 2000-ci ildə ifa etdiyi “Aldatdı məni” mahnısına yeni nəfəs verib.
Xalq artisti mahnını 23 ildən sonra yeni aranjimanda ifa edib.


Source link