Doğuş Xoşqədəmə 100 min dollarlıq hədiyyə alıb?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Doğuş bir saat brendinin xəstəsidir. Bir dəfə mənə dedi ki, gedək, kassaya
saat götürəcəm. Baxdım ki, nə qədər o saatdan var”.
“Olay” xəbər verir ki, bu sözləri aparıcı Xoşqədəm Hidayətqızı verilişlərin
birində həyat yoldaşı müğənni Doğuş haqda söyləyib.
O bildirib ki, bahalı hədiyyələri xoşlamır:
“Vaxtında Avropadan alıb, hədiyyə ediblər. Mənim də ona ilk hədiyyəm saat
olub, ucuz da deyildi. Baxdı, dedi ki, təşəkkür edirəm. Sonra gözləyirəm, saatı
taxsın. Günlərin bir günü dedim ki, o saatdan niyə istifadə etmirsən. Bildirdi
ki, sən görmüsən, mən o markadan başqa saat taxım? Sonra da məni apardı həmin
kassaya. Onda gördüm ki, nə alsam da, bəyənməz”.
Hidayətqızı verilişdə qonaq olan müğənni Təranə Qumralın “Doğuşun sənə aldığı
100 min dollarlıq hədiyyədən danış” deməyinə bu reaksiyanı verib:
“Mənə Doğuş 100 min dollarlıq heç nə almayıb, saat hədiyyə edib. Amma 100
minlik deyil. O qədər olsa, dərhal sataram. Mən bahalı şeyləri sevmirəm. Bir
dəfə bahalı eynək almışdı, apardım, qaytardım. Qadınların gözəl görünmüsənin
tərəfdarıyam. O brendlərə verilən pulu uşaqlarımın təhsilinə yatıraram. Mənim
nə qədər pulum var, hamısı uşaqlarımın təhsilindədir”.